ABŞ Prezidenti Donald Tramp xüsusi nümayəndəsi Stiv Uitkoff ilə Rusiya Prezidenti Vladimir Putin arasında Kremldə baş tutan görüşün çox yaxşı keçdiyini açıqlayıb.
"Report"un məlumatına görə, ABŞ lideri bunu Oval kabinetdə jurnalistlərlə söhbəti zamanı deyib. Görüşün yayımı Ağ Evin sosial şəbəkə səhifələrində aparılıb.
Tramp qeyd edib ki, Amerika nümayəndə heyəti Mosvanın Rusiya–Ukrayna müharibəsinin həlli istiqamətində mövqeyinə əminliklə yanaşır.
Bununla belə, Tramp əlavə edib ki, hələlik Vladimir Putinlə Stiv Uitkoff və Cared Kuşnerin görüşünün nəticələrinin necə olacağını proqnozlaşdırmağa hazır deyil.