Tramp Ukraynanı Rusiyaya verərək, sanki NATO ölkələrinə xəbərdarlıq edir -Politoloq
11:16 15.07.2025
Dünya
331
Əgər 50 gün sonra yenə müharibə bərpa edilərsə, Rusiya mövqeləri stratejik üstünlük əldə edəcək
ABŞ Prezidenti Donald Trampın Ukrayna münaqişəsinin həlli üçün elan etdiyi 50 günlük müddət Rusiyaya Ukrayna ilə münaqişədə strateji üstünlük verəcək.
Bu barədə “Vaşinqton Post” qəzeti məlumat yayıb.
Məlumata görə, bu müddət ərzində Rusiya qoşunları strateji logistika mərkəzi olan Pokrovsk istiqamətində hücum əməliyyatını genişləndirə biləcək:
“Onun Rusiyanın nəzarətinə keçməsi Moskvanın böyük qələbəsi olacaq və bütün Donetsk vilayətinin ilhaqını yaxınlaşdıracaq”.
Nəşr iddia edib ki, Rusiya qoşunları Sum istiqamətində irəliləməyə davam edir və burada Kursk və Belqorod vilayətlərini Ukraynadan qorumaq üçün bufer zonası yaratmağa çalışır.
Politoloq Fuad Abbasov “Sherg.az”a bildirib ki, Trampın 50 günlük müddət ərzində Rusiya-Ukrayna müharibəsinin saxlana biləcəyi iddiası onun daha əvvəl bildirdiyi müharibəni həll etmə təklifinə bənzəyir:
“Bunun həyata keçməsi inandırıcı deyil. Çünki bu, Trampdan asılı olsa idi, hakimiyyətə gəldiyi ilin əvvəlində 24 saat ərzində olmasa da, 24 gün ərzində müharibəni sonlandırardı. Digər tərəfdən, Trampın əsas məqsədi öz verdiyi sözü tutmaqdır. Çünki o , öz ictimaiyyəti, həm də dünya ictimaiyyətin gözü Rusiya-Ukrayna müharibəsindədir. Əgər müharibə dayanacaqsa, mövqelər saxlanmaq şərti ilə dayanacaq. Yəni Rusiya Ukraynanın işğal etdiyi bölgələrdə, Ukrayna isə özünü qoruyub-saxlaya biləcəyi bölgələrdə müharibə dondurulur. Bundan sonra Rusiya-Ukrayna arasında meydana gələ biləcək diplomatik, sülh görüşmələri və.s nəticəsində işğal olunan torpaqlar azad edilib-edilməyəcəyi müzakirə ediləcək. Amma Rusiyanın və Ukraynanın tələbləri üzrə hər ikisinin geri addım atması qeyri-mümkündür. Rusiyanın Krımı verməsi mümkün deyil, Ukraynın da Krımın Rusiyanın işğal altında olmasına razılaşması məqsədə uyğun deyil”.
Politoloqun sözlərinə görə, 50 günlük müddət-də söhbət atəşkəs elanından gedə bilər:
“Əgər 50 gün sonra yenə müharibə bərpa edilərsə, Rusiya mövqeləri stratejik üstünlük əldə edəcək. Bu, əsassız iddia deyil. Çünki Rusiya atəşkəs elan edilməsini gözləyir. Bəs Tramp bunu niyə belə edib? Yəni həm Ukraynaya hərbi yardımları saxlamaq , həm də 50 günlük müddət vermək Trampın Ukraynaya qarşı gəldiyi və Rusiya tərəfdarı olması ehtimalını ortaya çıxarır. Digər tərəfdən isə əgər Tramp NATO-nun lider ölkəsinin rəhbəri olaraq, Ukraynaya qarşı belə bir addım atacaqsa, digər NATO dövlətlərini nələr gözləyəcək? Nəticədə, Tramp administrasiyasının istər bundan əvvəlki seçkilərdə, istərsə indiki seçkilərdə NATO-ya olan münasibətinin tamamilə fərqli olduğunu şahidi oluruq. Tramp Ukraynanı Rusiyaya təhvil verərək, sanki NATO ölkələrinə xəbərdarlıq edir”.
Kəmalə Vəliyeva
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Azərbaycan gələn il üzrə hərbi xərcləri açıqlanıb
21:21 16.09.2026
İqtisadiyyat
İsveçrədə yüngül təyyarə qəzaya uğrayıb, 3 nəfər ölüb
20:53 16.09.2026
Dünya
Azərbaycan səfiri Lavrovun müavini ilə görüşüb
20:38 16.09.2026
Gündəm
“Mahan Air”in Türkiyə və Omana bəzi uçuşları ləğv edilib
20:28 16.09.2026
Dünya
Uşaqlar yatmazdan əvvəl ekrandan uzaq tutulmalıdır
20:21 16.09.2026
Sağlamlıq
Fransada yanacaq təchizatında problemlər yaranıb
19:50 16.09.2026
Dünya
14 yaşlı Yasin həyətində qəfil vəfat edib
19:38 16.09.2026
Hadisə
179 nəfər Avropadan Azərbaycana gətirildi
18:40 16.09.2026
Aktual
Ötən gün metro ilə 605 min nəfərdən çox sərnişin daşınıb
18:27 16.09.2026
İnfrastruktur
Müəllimlərin 89,4 faizi məktəbdə şagird zorakılığına şahid olub
18:26 16.09.2026
Cəmiyyət
Ceyhun Bayramov Pan-Afrika Parlamentinin prezidenti ilə görüşüb
18:16 16.09.2026
Gündəm
Kitab oxumaq Alzheimer riskini azaldır - Araşdırma
18:14 16.09.2026
Sağlamlıq
“Kurtlar Vadisi” serialı ilə bağlı araşdırma aparılacaq
17:40 16.09.2026
Hadisə