Tramp Vaşinqtonda dünyanın ən böyük zəfər tağını ucaldacaq

ABŞ Prezidenti Donald Tramp Vaşinqtonda dünyanın ən böyük zəfər tağını inşa etmək niyyətində olduğunu bildirib.

"Report" xəbər verir ki, bu barədə Amerika lideri "Truth Social"da yazıb.

Trampın sözlərinə görə, onun administrasiyası gələcək tikilinin layihəsini və inşaat planlarını Zərif Sənətlər Komissiyasına rəsmən təqdim edib.

Dərc edilmiş materiallara görə, layihə "Harrison Design" şirkəti tərəfindən hazırlanıb. Qızılı elementləri olan açıq rəngli daşdan tağın ucaldılması nəzərdə tutulur. Konstruksiyanın zirvəsində əlvan metaldan iki böyük qartal təsvir edilib, mərkəzi hissəsində isə qızılı fiqur yerləşdirilib.

Tramp gələcək tağı "dünyanın ən böyük və gözəli" adlandırıb.