Trampdan Çin gəmilərinə tarif zərbəsi: ABŞ limanlarına giriş pulsuz olmayacaq
17:00 18.04.2025
Dünya
500
Tramp administrasiyası ABŞ limanlarına gələn Çin istehsalı və ya bu ölkənin mülkiyyətində olan gəmilərə rüsum tətbiq olunacağını elan edib.
Teleqraf xəbər verir ki, bu barədə Birləşmiş Ştatların Ticarət Nümayəndəsinin Ofisi (USTR) açıqlama yayıb.
Bildirilib ki, bu addım Çinin üstünlüyünü tədricən aradan qaldırmaq, ABŞ-nin təchizat zəncirinə olan təhdidlərin qarşısını almaq və ABŞ istehsalı olan gəmilərə tələbat siqnalı göndərmək məqsədi daşıyır.
“Tramp administrasiyasının atdığı addımlar Çinin üstünlüyünü tədricən aradan qaldıracaq, ABŞ-nin təchizat zəncirinə olan təhdidlərin qarşısını alacaq və ABŞ-da istehsal olunan gəmilərə tələbat siqnalı göndərəcək”, - deyə açıqlada qeyd olunub.
Yeni qərara əsasən, Çin istehsalı və mülkiyyətində olan gəmilər ABŞ-yə hər səfərinə görə xalis tonaj əsasında hesablanan rüsumlarla üzləşəcək. Rüsumun birinci mərhələsi 180 gündən sonra qüvvəyə minəcək. Xaricdə istehsal olunmuş mayeləşdirilmiş təbii qaz (LNG) gəmilərini hədəf alan ikinci mərhələnin isə üç il ərzində həyata keçirilməsi planlaşdırılır.
Yeni elan edilən rüsumlara baxmayaraq Tramp açıqlamasında Çin mallarına əlavə tariflər tətbiq etmək istəmədiyini bildirib. O, bunun iki ölkə arasındakı ticarətin dayanmasına səbəb ola biləcəyindən narahat olduğunu qeyd edib.
Xatırladaq ki, Tramp administrasiyası Çin mənşəli bütün idxalata 145% tarif tətbiq edib. Buna cavab olaraq Çin ABŞ məhsullarına 125% tarif tətbiq edib. Ötən həftə Çin bu tarifləri “əhəmiyyətsiz rəqəmlər oyunu” adlandıraraq Trampın tariflərini “nəzərə almayacağını” bəyan edib. Əvəzində Çin hüquqi məsləhət xidməti, turizm və təhsil kimi sahələri əhatə edən ABŞ xidmət sektoruna qarşı cavab tədbirlərini nəzərdən keçirə biləcəyini bildirib.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Rusiya mediası Əliyevin bu çıxışından yazır
02:57 09.11.2026
Gündəm
Tramp: ABŞ-nin xüsusi qrupu İranda fəaliyyətə başlayıb
02:22 09.11.2026
Gündəm
İranın vitse-prezidenti Ermənistana səfər edəcək
01:15 09.11.2026
Region
Sumqayıtda kişi meyiti tapıldı
00:56 09.11.2026
Hadisə
Azərbaycanda Dövlət Bayrağı Günüdür
00:14 09.11.2026
Tarix
Şuşada Zəfər Günü atəşfəşanlıqla qeyd olundu
23:50 08.11.2026
Qarabağ
Arakçıdan ABŞ-a: Ya müharibəni bitirin, ya da...
22:48 08.11.2026
Region
Ərdoğanın Azərbaycana rəsmi səfəri başa çatdi
21:25 08.11.2026
Rəsmi
İlham Əliyev COP31 sammitində iştirak etmək üçün Antalyaya gedəcək
21:12 08.11.2026
Gündəm
Husilər "Saudi Aramko"ya zərbələr endirdi
20:37 08.11.2026
Aktual
Qəzzada çadır düşərgələrini su basdı - Humanitar böhran dərinləşir
20:37 08.11.2026
Dünya
Fazil Mustafa MEK-i ziyarət edib
20:34 08.11.2026
Elm və Təhsil
Zelenski: Rusiya Ukraynaya hücumları artırıb
20:31 08.11.2026
Dünya
“Sabah” “Şamaxı” ilə oyunda xal itirdi
19:51 08.11.2026
Futbol
Polşada 6 nəfərin öldüyü silahlı hücum terror aktı kimi araşdırılır
19:35 08.11.2026
Dünya