
Trampın hakimiyyətə gəlməsi bir növ yeni trendi formalaşdırdı -Politoloq
13:55 01.04.2025
Dünya
387
"Dünya liderlərinin imecmeykerləri, müşavirləri, dəstəkçiləri və onların yeni imicdə çıxış etmələrini istəyənlər var. Həmin personajların qarşısına məqsədlər qoyulur ki, faktiki olaraq güclü lider obrazı canlandırılsın. Bu mənada əslində Donald Trampın hakimiyyətə gəlməsi bir növ yeni trendi formalaşdırdı. Yəni o, özündə qətiyyəti, gücü, yekdil idarəetmənin konturlarını ehtiva edir".
Bu sözləri"Sherg.az"aaçıqlamasında politoloq Tofiq Abbasov söyləyib.
O qeyd edib ki, ABŞ Prezidentinin birinci və ikinci hakimiyyəti arasında böyük fərqlər görürük:

"Əgər 2016-2020-ci ildə Trampın komandasında onun yanaşmaları ilə razılaşmayanlar var idi. Məsələn, güclü şəxsiyyətlərdən olan ABŞ-nin 69-cu dövlət katibi Reks Tillerson Trampın fikirləri ilə oturub-durmurdu. Öz düşüncələrini açıq-aşkar bəyan edirdi. Bu isə Trampın xoşuna gəlmirdi. Nəticədə də Tillerson tez bir zamanda istefa verdi. Onun yerinə gəlmiş Mayk Pompeo özündən əvvəlki dövlət katibinin acı təcrübəsini nəzərə alaraq bir o qədər də dirəniş göstərmirdi. Ümumiyyətlə Trampın yanaşması son dərəcə sərtdir. O, həm komandası daxilində iki fikirliliyi qətiyyən qəbul etmir və icazə vermir. Digər tərəfdən Ağ Evin sahibinin istəkləri, bəyan etdiyi hədəflər bir qədər məntiqlə uzlaşmır. Məsələn, Tramp Yaxın Şərqdə Qəzza bölgəsində yaşanan faciəyə göz yumur. Həmçinin İsrailin Baş naziri Netanyahuya açıq-aşkar dəstək verir. Bütün bunlar Amerika cəmiyyətində və dünya birliyində birmənalı qarşılanmır. Bu günlərdə Avropalı deputat çıxışında bildirdi ki, Qəzzadakı faciəyə görə biz hamımız cavab verməli olacağıq: "Necə ola bilər ki, faşizmə göz yumuruq! Günahsız insanların ölümünə baxıb sükutla dəstək veririk"! Bu proseslər Trampın da davranışında bir çox suallar doğurur".
Politoloq əlavə edib ki, böyük müharibə ilə bağlı son zamanlar aparılan müzakirələr və proqnozlar onu göstərir ki, bu proseslərə rəvac verən məhz Donald Trampdır:
"Eyni zamanda onun İranla bağlı sərt davranışı da məlumdur. Üstəlik, islam dünyasında, sağlam qüvvələr arasında İsrailin 200-dən artıq nüvə başlığının olması ilə bağlı suallar yaranır ki, necə olur ki, biz buna göz yumuruq? "Niyə İsrailin nüvə silahı var, amma İranın olmamalıdır?" Bu kimi məsələlər Trampın kapital kisəsindən azalmalara gətirib çıxarmır. Səs-küylü problem yaşanmayana qədər ABŞ Prezidentinin siyasətində bu fiyasko davam edəcək və o, öz mövqeyindən dönməyəcək. Tramp hətta bəzi məsələlərdə Rusiya, Avropa İttifaqı ilə münasibətlərdə özünü həddən çox güclü sayır. Odur ki, tərəf müqabillərini onun kölgəsindələrmiş kimi nəzərə almır. Lakin bu, belə deyil. Dəfələrlə şahidi olmuşuq ki, güclü məmləkətlər, koalisiyalar, qüvvələr bütün imkanlarını, bacarıqlarını ortaya qoysalar da, sonda həm məğlubiyyətə uğrayıblar, həm də tarixdən siliniblər. Bu mənada ABŞ Prezidentinin gətirdiyi siyasət əslində valyuntalist ənənələr, yəni haşiyədən çıxan qərarlardır. Ona görə də əvvəl-axır bunun sonu olacaq".
Tofiq Abbasov sözlərinə görə təsadüfi deyil ki, Trampla bağlı bəzi mərkəzlər çox bəd proqnozlar verirlər ki, o, vaxtından tez impiçmentlə hakimiyyətdən göndərilə və ya başqa hadisələrin nəticəsində kürsüsünü itirə bilər:
"Ağ Evin sahibi özünü ən demokratik sayan dövlətin rəhbəridir. O gərək dözümlülük, fikir ayrılıqlarına sadə yanaşması ilə seçilsin. Tramp birmənalı şəkildə "Mən deyəndir" fikrini irəli sürür. Bu isə onun imicini qəti şəkildə zəiflədir və populyarlıq reytinqinə zərbə vurur".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Saakaşvilinin hakimiyyətə qayıdışı ilə bağlı açıqlama
13:25 31.07.2026
Cənubi Qafqaz
ATƏT-in fəaliyyətdə olan sədri Azərbaycana səfər edəcək
13:01 31.07.2026
Siyasət
Fransa İspaniya ilə sərhəddə nəzarəti gücləndirdi
12:01 31.07.2026
Dünya
Karapetyanın evində axtarış aparılıb
11:54 31.07.2026
Region
FSB: Ukraynaya məlumat ötürməkdə şübhəli bilinən şəxs saxlanıldı
11:42 31.07.2026
Dünya
Bərdədə 79 yaşlı kişi kanala yıxılaraq boğulub
11:37 31.07.2026
Hadisə
Taleh Kazimov: Valyuta hərraclarında tələb kəskin azalıb
11:28 31.07.2026
İqtisadiyyat
Estetik cərrah və anestezioloqa hökm oxunub
11:16 31.07.2026
Cəmiyyət
Lənkəranda itkin kimi axtarılan şəxsin meyiti kanalda tapılıb
10:53 31.07.2026
Hadisə
Rusiyadan açıqlama: Ermənistan Azərbaycanla əvəzlənəcək
10:45 31.07.2026
Gündəm
Prezident Sadır Japarov “Heydər Əliyev” ordeni ilə təltif edildi
10:39 31.07.2026
Gündəm
Azərbaycanda itkin düşən 10 nəfər tapıldı
10:19 31.07.2026
Hadisə