
Trampın "İbrahim Sazişi" gedişi: Əsas məqsəd ABŞ-nin regiondakı təsirini artırmaqdır
15:24 07.11.2025
Dünya
421
"İsrail ilə münasibətləri yaxşılaşdırmağı hədəfləyən Qazaxıstan “İbrahim Sazişi”nə qoşulur".
Bunu ABŞ prezidenti Donald Tramp açıqlayıb.
Qazaxıstanın iştirakını elan edən Tramp, bu güclü kluba qoşulmaqda maraqlı olan bir çox ölkənin olduğunu deyib.
Qeyd edək ki, Ağ Evdə keçirilən Orta Asiya Zirvə Görüşündə Tramp Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev, Özbəkistan Prezidenti Şavkat Mirziyoyev, Tacikistan Prezidenti Emoməli Rəhman, Qırğızıstan Prezidenti Sadir Japarov və Türkmənistan Prezidenti Serdar Berdimuhammedov ilə görüşüb.
Zirvə Görüşünün davam etdiyi vaxtda Tramp sosial media hesabında Qazaxıstanın sazişə qoşulduğunu açıqlayıb.
"Qazaxıstan mənim ikinci müddətimdə “İbrahim Sazişi”nə qoşulan ilk ölkə olacaq. Bu güclü kluba qoşulmaqda maraqlı olan bir çox ölkə var", - Tramp yazıb.
Tramp həmçinin İsrailin baş naziri Benyamin Netanyahu ilə Qazaxıstan Prezidenti Qasım-Jomart Tokayev arasında telefon danışığı olduğunu bildirib.
Politoloq Samir Hümbətov Sherg.az-a deyib ki, Trampın İsraillə münasibətləri hər zaman yüksək səviyyədə olub:

"Bu məsələ, ümumiyyətlə, yəhudi lobbiləri və İsrail dövləti ilə əlaqələrin xüsusi çəkisini göstərir. Əslində, onun əsas məqsədi İsrail vasitəsilə ABŞ-nin Yaxın Şərq, Orta Asiya və Cənubi Qafqaz regionlarında maraqlarını təmin etməkdir. Trampın qarşıya qoyduğu əsas hədəf də məhz budur. O, yəhudi lobbisinin etimadını möhkəmləndirməyə, eyni zamanda bu dövlətlərə göstərməyə çalışır ki, ABŞ regionda təminatçı rolunu oynayır. Yəni, İsraillə sıx əməkdaşlıq həm Qazaxıstan, İsrail və digər ölkələrin, həm də ABŞ ilə münasibətlərinə ciddi təsir göstərir.
Tramp bununla demək istəyir ki, Vaşinqtonun regiondakı mövqeyi məhz bu əlaqələrin dərinləşməsi sayəsində güclənir. Prosesdə "İbrahim Sazişi"nə qoşulan ərəb ölkələrinin rolu da mühümdür. Lakin Tramp yalnız ərəb dövlətləri ilə kifayətlənmək istəmir. O, Yaxın Şərq, İsrail, Mərkəzi Asiya və Cənubi Qafqaz ölkələri ilə münasibətləri daha da inkişaf etdirməyi Amerikanın xarici siyasətinin əsas istiqamətlərindən biri kimi görür.
Bu baxımdan, Trampın əsas məqsədi İsraillə müxtəlif ölkələr arasında əlaqələri dərinləşdirməklə ABŞ-nin regiondakı təsirini artırmaqdır".
Aynur Babazadə
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Göygöldə 37 yaşlı şəxs bəçaqlanıb
19:50 06.11.2026
Hadisə
Zəfər Günü 200 illik əsarətin sona çatdığı gündür - İlham Tumas
19:43 06.11.2026
Gündəm
SEPAH daha bir ABŞ PUA-sını məhv etdi
19:32 06.11.2026
Aktual
Britaniya telekanalı təhlükəsizlik təhdidi ilə üzləşib
19:24 06.11.2026
Dünya
Litvada NATO təlimləri başladı
19:16 06.11.2026
Dünya
Litvada NATO təlimləri başladı
18:44 06.11.2026
Dünya
Şuşanın azad edilməsi dünya hərb tarixində görünməmiş hadisədir
17:53 06.11.2026
Gündəm
Bloomberg: ABŞ və İran yekun razılaşmaya yaxınlaşır
17:47 06.11.2026
Gündəm
Avropa bir həftədə qaz ehtiyatlarının 2,5%-ni istifadə edib
17:39 06.11.2026
Dünya
Ağstafada bir ailənin üç üzvü zəhərlənib
17:22 06.11.2026
Hadisə
Ceyhun Bayramov BMT Baş katibinin müavini ilə görüşdü - FOTO
17:14 06.11.2026
Gündəm
İrandan dəhliz açıqlaması: Xamenei Putinə mesaj göndərdi
17:02 06.11.2026
Dünya
Daha 2 təqsirləndirilən şəxs ölkəmizə ekstradisiya edildi
16:59 06.11.2026
Hadisə
“Tramp qalib gəlir və o, İran məsələsində haqlıdır”
16:38 06.11.2026
Gündəm
Elçin Əmirbəyov Litva XİN rəhbəri ilə görüşüb
15:35 06.11.2026
Gündəm