Trampın keçmiş arvadı ilə sevgilidir - FOTO

Dünya şöhrətli qolfçu Tayger Vudsun ABŞ Prezidenti Donald Trampın böyük oğlu -Donald Tramp kiçiyin (junior) keçmiş arvadı Vanessa Tramp ilə münasibətləri ortaya çıxıb.

Milli.Az xəbər verir ki, 50 yaşlı Vuds Vanessa Trampla münasibətləri çərçivəsində onun ailə həyatına tam inteqrasiya olunub.

Məlumata görə, əfsanəvi idmançı Vanessanın uşaqları, xüsusilə də Donald Trampın 18 yaşlı qızı Kai Tramp ilə çox yaxın münasibətdədir. Jurnal yazır ki, Kai hazırda orta məktəbi bitirməyə hazırlaşır və ögey atası hesab olunan Vudsun yolunu davam etdirərək qolfçu və sosial media fenomeni kimi karyera qurmağı hədəfləyir.

Lakin cütlüyün münasibətləri son həftələrdə ciddi sınaqla üzləşib. Belə ki, Tayger Vuds martın 27-də Florida ştatında sərxoş vəziyyətdə avtomobil idarə etmək ittihamı ilə həbs olunub. Bu hadisədən sonra o, Auqustada keçirilən nüfuzlu "Masters" turnirində iştirakdan imtina etmək məcburiyyətində qalıb.

Polis hesabatlarına görə, qəzadan dərhal sonra Vudsun üzərindən güclü ağrıkəsici preparatlar tapılıb. İdmançı özü isə 7 bel və 20-dən çox ayaq əməliyyatı keçirdiyini, bu səbəbdən reseptli dərmanlar qəbul etdiyini bildirib.

Vanessanın keçmiş həyat yoldaşı Donald Trump Jr.-ın hadisədən narahat olduğu, lakin uşaqların rifahı üçün Tayger və Vanessaya dəstək verdiyi bildirilir.

Hadisə yerində çəkilən görüntülərdə Vudsun qəzadan dərhal sonra telefonla prezidentlə danışdığı məlum olub. Donald Trump Vudsun "yaxın dostu" adlandıraraq, onun böyük fiziki ağrılar çəkdiyini və çətin bir dövrdən keçdiyini qeyd edib.