Trampın Kral Çarlza toxunuşu protokol mübahisəsi yaratdı

ABŞ Prezidenti Donald Trampın İngiltərə Kralı III Çarlzın çiyninə toxunması kral protokolunu pozduğu iddiası ilə müzakirələrə səbəb olub.

Sherg.az xəbər verir ki, Krallıq qaydalarına görə, monarxa fiziki təmas adətən kral ailəsi tərəfindən başlanmalıdır. Bu səbəbdən Trampın hərəkəti bəzi dairələrdə protokola zidd sayılıb.

Hadisə Kral Çarlz və Kraliça Kamillanın Vaşinqtona səfəri zamanı baş verib. Trampın jesti isə bəzi mütəxəssislər tərəfindən “səmimi davranış” və “siyasi yaxınlıq mesajı” kimi qiymətləndirilib.

Bununla yanaşı, Trampın əvvəlki illərdə də oxşar protokol mübahisələrinə səbəb olan davranışları xatırladılıb.