Tufan Erhürman Kiprin yunan lideri ilə görüşüb

Şimali Kipr Türk Respublikasının yeni seçilmiş prezidenti Tufan Erhürman Kiprin yunan hissəsinin lideri Nikos Xristodulidis BMT-nin bufer zonasında görüşüb.

APA xəbər verir ki, görüş BMT Baş katibinin xüsusi nümayəndəsi və BMT-nin Kiprdəki Sülhməramlı Qüvvələrinin (UNFICYP) rəhbəri Xassim Caqnenin rəsmi iqamətgahında keçirilib.

Görüşdən sonra Prezident Erhürman jurnalistlərin suallarını cavablandıracaq.