Türkiyə Ermənistanla sərhəddə Əlican keçid məntəqəsinin tikintisi üzrə işləri gücləndirib.
Teleqraf xəbər verir ki, bu barədə Ermənistanın "News.am" saytı məlumat yayıb.
"Türkiyə tərəfi aktiv mühəndislik işlərinə başlayıb, nəzarət-buraxılış məntəqəsi tikilmək üzrədir. Ərazi abadlaşdırılır və videomüşahidə kameraları quraşdırılır" - məlumatda qeyd olunur. .