Türkiyə Prezidenti boykot çağırışlarına münasibət bildirib
12:22 04.04.2025
Dünya
490
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan boykot çağırışlarına münasibət bildirib.
APA xəbər verir ki, cümə namazından sonra sonra jurnalistlərə açıqlama verən Türkiyə Prezidenti deyib ki, aprelin 2-də boykot çağırışları effekt verməyib.
Onun sözlərinə görə, belə ki, tam əksinə olaraq həmin gün alış-veriş mərkəzləri daha hərəkətli olub.
“Deməli, bu ölkənin əleyhinə kampaniya aparanları mənim millətim əfv etmir”, - Ərdoğan əlavə edib.
Qeyd edək ki, İstanbulun Bələdiyyə başqanı Əkrəm İmamoğlunun həbsindən sonra keçirilən aksiyalarda Cümhuriyyət Xalq Partiyasının (CHP) sədri Özgür Özəl tərəfdarlarını bəzi markalardan və restoranlardan istifadə etməməyə çağırıb. Özəlin boykot siyahısında olan markalar və restoranlar, əsasən, holdinqində media şirkətləri də olan sahibkarlara aid olub. Özəl bu çağırışını medianın bir hissəsinin aksiyaları işıqlandırmaması və tərəfli mövqe nümayiş etdirməsi ilə əsaslandırıb. Özgür Özəlin çağırışı sosial mediada geniş yayılıb, müxtəlif markaların adlarından ibarət siyahılar paylaşılıb. Bu markalar və iş yerləri maddi və mənəvi zərərə uğradıqlarını qeyd ediblər.
Xatırladaq ki, İstanbul Prokurorluğu ictimaiyyətə edilən "boykot" çağırışları ilə bağlı araşdırma başladıb. Türkiyə Baş Prokurorluğundan verilən açıqlamada qeyd edilib ki, ənənəvi və sosial mediada xalqın bir hissəsinin iqtisadi fəaliyyətlə məşğul olmasının qarşısını almaq məqsədi daşıyan “boykot” çağırışları edənlər, həmçinin bu çağırışı yayan şəxslərlə bağlı araşdırma başlanıb. Araşdırma “nifrət və ayrı-seçkilik”, “ictimaiyyəti nifrət və düşmənçiliyə sövq etmək” ittihamları ilə bağlı aparılır.
Məlumatda o da qeyd edilib ki, edilən çağırışlardan sonra bəzi iş yerlərində fiziki və sözlü zorakılıq hallarına dair şikayətlərlə bağlı araşdırmalar da bu istintaq araşdırması ilə birləşdirilib.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
“Halef” final edir
04:50 09.11.2026
Şou
Xırdalanda avtomobil piyadanı vuraraq öldürüb
03:33 09.11.2026
Hadisə
Rusiya mediası Əliyevin bu çıxışından yazır
02:57 09.11.2026
Gündəm
Tramp: ABŞ-nin xüsusi qrupu İranda fəaliyyətə başlayıb
02:22 09.11.2026
Gündəm
İranın vitse-prezidenti Ermənistana səfər edəcək
01:15 09.11.2026
Region
Sumqayıtda kişi meyiti tapıldı
00:56 09.11.2026
Hadisə
Azərbaycanda Dövlət Bayrağı Günüdür
00:14 09.11.2026
Tarix
Şuşada Zəfər Günü atəşfəşanlıqla qeyd olundu
23:50 08.11.2026
Qarabağ
Arakçıdan ABŞ-a: Ya müharibəni bitirin, ya da...
22:48 08.11.2026
Region
Ərdoğanın Azərbaycana rəsmi səfəri başa çatdi
21:25 08.11.2026
Rəsmi
İlham Əliyev COP31 sammitində iştirak etmək üçün Antalyaya gedəcək
21:12 08.11.2026
Gündəm
Husilər "Saudi Aramko"ya zərbələr endirdi
20:37 08.11.2026
Aktual
Qəzzada çadır düşərgələrini su basdı - Humanitar böhran dərinləşir
20:37 08.11.2026
Dünya
Fazil Mustafa MEK-i ziyarət edib
20:34 08.11.2026
Elm və Təhsil
Zelenski: Rusiya Ukraynaya hücumları artırıb
20:31 08.11.2026
Dünya