Türkiyə Şimali Kiprə F-16-lar göndərir

Türkiyə Yaxın Şərqdə baş verən son hadisələri nəzərə alaraq, Şimali Kipr Türk Respublikasının təhlükəsizliyini təmin etmək üçün mərhələli planlar hazırlayır.

Axar.az xəbər verir ki, bu barədə "TRT Haber" Türkiyə Milli Müdafiə Nazirliyindəki mənbələrinə istinadən məlumat yayıb.

Bildirilib ki, adaya F-16 təyyarələrinin yerləşdirilməsi nəzərdən keçirilən məsələlərdən biridir.