Türkiyə Qara dənizdə ticarət gəmilərinə edilən hücumlara görə Ukraynaya kəskin təpki göstərib.
Teleqraf xəbər verir ki, bu barədə Ankaradakı yüksək vəzifəli mənbə "RİA Novosti"yə bildirib.
Bundan əvvəl Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ölkənin xüsusi iqtisadi zonasında gəmiçilik təhlükəsizliyinə qarşı hər hansı təhdidin qəbuledilməz olduğunu vurğulamışdı.
Qeyd edək ki, Qara dənizdə "VİRAT", "Kairos" və "Midvolga-2" Rusiya tankerləri hücuma məruz qalıb.