Türkiyə və Böyük Britaniya strateji tərəfdaşlıq üzrə çərçivə sazişi imzalayacaq

Türkiyə xarici işlər naziri Hakan Fidan bu gün Londonda Böyük Britaniya xarici işlər naziri İvet Kuperlə görüşəcək.

Teleqraf xəbər verir ki, bu barədə Türkiyə mediası məlumat yayıb.

Görüşün yekununda tərəflər arasında strateji tərəfdaşlıq üzrə çərçivə sazişi imzalanacaq.