
Türkiyədən zeytun budağı: "Sülh masası” Ankaraya daşınır
11:28 30.07.2025
Dünya
413
Ərdoğanın son bəyanatı göstərir ki, Ankara bu fürsəti regionda sülhün bərqərar olması üçün istifadə etməyə hazırdır
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib ki, Rusiya və Ukrayna arasında aparılan müzakirələrdən sonra yaxın vaxtlarda sülh masası Türkiyədə qurula və bu müharibənin sonu ola bilər. O bildirib ki, bu təşəbbüs Türkiyənin beynəlxalq aləmdə vasitəçi rolunu daha da gücləndirəcək.
Ərdoğanın bu açıqlaması göstərir ki, Ankara regionda sülh və sabitlik üçün fəal rol oynamağa çalışır. Danışıqların Türkiyənin təşəbbüsü ilə aparılması tərəflər arasında etimad yaratmaq və münaqişəyə son qoymaq baxımından önəmli addım sayılır.
Siyasi şərhçi Fuad Şahbazov mövzu ilə bağlı Sherg.az-a açıqlama verib:

"Ukrayna ilə Rusiya arasında müharibənin sonlanması üçün diplomatik cəhdlər zaman-zaman gündəmə gəlsə də, tərəflərin strateji məqsədləri və mövqeləri hələlik tam uzlaşmayıb. Bununla belə, danışıqların format və məkan baxımından dəyişməsi, xüsusən də neytral hesab edilən ölkələrin- Türkiyənin təşəbbüsü ilə aparılması, yeni impuls yaradacaq mühüm addım ola bilər. Ərdoğanın son bəyanatı göstərir ki, Ankara bu fürsəti regionda sülhün bərqərar olması üçün istifadə etməyə hazırdır. Lakin yaxın zamanda sülh imzalanması ehtimalı, xüsusən də cəbhədə intensiv hərbi əməliyyatlar davam etdiyi və tərəflərin ərazi tələbləri kompromisə yaxınlaşmadığı şəraitdə, real görünmür. Buna baxmayaraq, danışıqların bərpası və formal sülh masasının qurulması hər iki dövlətin siyasi iradəsini yoxlamaq üçün önəmli addımdır".
Politoloq Türkiyənin regionda sabitlik və təhlükəsizliyə maraqlı olan əsas oyunçulardan biri olduğunu söyləyib. Ekspert onun vasitəçilik təklifinin arxasında bir neçə strateji məqsədin dayandığını bildirib:
"Türkiyə həm NATO üzvü, həm də Rusiya ilə müstəqil münasibətlərə malik olan ölkə kimi balanslı siyasət apararaq “sülh körpüsü” kimi çıxış etmək istəyir.
İqtisadi maraqların qorunması-Qara Dəniz taxıl sazişi kimi təşəbbüslərlə Türkiyə həm ərzaq təhlükəsizliyinə töhfə verir, həm də regionun iqtisadi dinamikasını nəzarətdə saxlayır. Diplomatik imicin möhkəmləndirilməsi-Bu cür vasitəçilik təşəbbüsləri Türkiyənin beynəlxalq arenada “problemlərin həllində açar oyunçu” obrazını gücləndirir və BMT çərçivəsində də nüfuzunu artırır".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
“Qarabağ”dan ayrılan Addainin yeni klubu rəsmiləşdi
09:19 28.07.2026
Futbol
Hindistan XİN Ukrayna səfirini çağırdı
08:58 28.07.2026
Dünya
Tom Kruzun qızı Suri atasının soyadından imtina edib
08:57 28.07.2026
Dünya
Avqustda 4 bürcə pul gələcək
08:20 28.07.2026
Cəmiyyət
Toy bitdi, iş başladı
07:51 28.07.2026
Şou
İran Ukraynanı hansı raketlərlə vura bilər? - DE
06:42 28.07.2026
Aktual
Afrikada xroniki aclıqdan əziyyət çəkənlərin sayı 309 milyonu ötüb
06:06 28.07.2026
Dünya
Onlar baş rol olacaq
04:44 28.07.2026
Şou
Dodaqlar niyə qaralır? - Səbəbi budur
04:04 28.07.2026
Sağlamlıq
Rusiya dəniz yollarını bağlamağa çalışır - Zelenski
02:52 28.07.2026
Aktual
Tramp: ABŞ-İran danışıqları dostluq şəraitində keçir
01:21 28.07.2026
Gündəm
"Facebook"un işində nasazlıq yarandı
00:35 28.07.2026
Texnologiya
BMT təsdiqlədi: Ukrayna müharibəsi başlayandan bəri...
23:57 27.07.2026
Dünya
Mədəniyyət naziri Anarla görüşüb
23:35 27.07.2026
Mədəniyyət
Türkiyədə məşhurların narkotik analiz nəticələri məlum oldu
22:30 27.07.2026
Şou
Qazaxıstan Qara dəniz vasitəsilə neft ixracını bərpa etdi
21:58 27.07.2026
Region