Türkmənistan səfiri Sapar Palvanov Brüsseldə Avropa Şurası prezidentinin müşaviri Anna-Mariya Bura ilə görüşüb.
Teleqraf xəbər verir ki, görüş zamanı tərəflər əməkdaşlığın genişləndirilməsinə sadiq olduqlarını bildiriblər.
Həmsöhbətlər Türkmənistan və Avropa İttifaqı arasında münasibətlərin inkişaf etdirilməsi üçün təməl kimi Aİ-Mərkəzi Asiya əməkdaşlığının strateji əhəmiyyətini vurğulayaraq, bütün səviyyələrdə müntəzəm dialoqun vacibliyini qeyd ediblər. Əvvəlki yüksək səviyyəli təmasların nəticələri müsbət qiymətləndirilib.
Görüşün sonunda Türkmənistan tərəfi Aİ ilə əlaqələrin gücləndirilməsinin ölkənin xarici siyasət prioritetlərindən biri olaraq qaldığını, davamlı inkişaf və regional sabitlik maraqları naminə birgə layihələrin həyata keçirilməsi perspektivlərinə əminliyini bildirib.