Tusk zarafat etmək istədi, çətin vəziyyətə düşdü – Fiko planını pozdu

Polşanın baş naziri Donald Tusk Aİ sammitində Rusiya ilə bağlı zarafat etmək istəyərkən Slovakiyanın baş naziri Robert Fikonun gözlənilməz ortaya çıxması ilə çətin vəziyyətə düşüb.

Sherg.az xəbər verir ki, məlumata görə, Tusk jurnalistlər qarşısında çıxış edərkən zarafata başlamaq istəsə də, Fikonun görünməsi onu yarımçıq dayandırıb. Daha sonra Tusk vəziyyəti yumşaltmağa çalışaraq dediklərinin sadəcə zarafat olduğunu bildirib.

Qeyd olunur ki, Tusk əvvəlcə sammitdə Rusiyaya simpatiya göstərən ölkələrə eyham vurmaq istəyirdi, lakin Fikonun həmin anda görünməsi onu sözlərini geri götürməyə məcbur edib.