Üçüncü Dünya müharibəsinin anonsunu Türkiyədə verdi

“Qlobal münaqişələr addım-addım Üçüncü Dünya müharibəsi üçün zəmin hazırlayır”.

Teleqraf xəbər verir ki, bunu Ankarada Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşdən sonra Roma Papası XIV Leo deyib.

“Beynəlxalq münaqişələr addım-addım həyata keçirilən Üçüncü Dünya müharibəsi üçün zəmin hazırlayır. Buna heç vaxt imkan verməməliyik. Bəşəriyyətin gələcəyi təhlükə altındadır. İki dünya müharibəsindən sonra iqtisadi-hərbi güc strategiyalarının üstünlük təşkil etdiyi, qlobal səviyyədə yüksək gərginlikli bir münaqişə dövrünün şahidi oluruq”, - Papa vurğulayıb.