ABŞ prezidentinin xüsusi nümayəndəsi Stiven Uitkoff bildirib ki, Vaşinqtonun Ukrayna münaqişəsinin nizamlanması üzrə sülh planının qəbul edilməsi gələcək qarşıdurmalar üçün “təhlükəsizlik zəmanəti” rolunu oynaya və ABŞ, Rusiya və Ukraynanı ticarət tərəfdaşlarına çevirə bilər.
Teleqraf xəbər verir ki, bu barədə "The Wall Street Journal" yazıb.
Uitkoffun sözlərinə görə, əgər ABŞ-nin sülh planı qəbul olunsa, bu, yeni münaqişələrin qarşısının alınmasına real zəmin yaradacaq.
“Əgər biz bütün bunları həyata keçirsək və plan qəbul olunsa, bu, təbii olaraq gələcək münaqişələrdən qorunma mexanizmi olacaq”, – deyə o, nəşrə bildirib.
O, həmçinin vurğulayıb ki, uzunmüddətli perspektivdə üç ölkə arasında ticarət münasibətlərinin qurulmasına ümid edir.