Uitkoff və Kuşner Kiyevə gəlir, irəliləyiş əldə etmişik

ABŞ Prezidentinin xüsusi nümayəndəsi Stiv Uitkoff, prezidentin kürəkəni Cared Kuşner və amerikalı senator Lindsi Qrehem 12 apreldən sonra Ukraynaya səfər edəcək.

Axar.az xəbər verir ki, bunu Ukrayna Prezident Ofisinin rəhbəri Kirill Budanov “Blumberq”ə deyib.

Budanov bildirib ki, bu səfər nəticəsində Kiyev təhlükəsizlik zəmanətləri əldə edə bilər:

“Biz nə istədiyimizi çoxdan müəyyən etmişik. Düşünürəm ki, tezliklə həyata keçiriləcək. Bundan sonra nə olacağı başqa məsələdir. Amma təhlükəsizlik zəmanətləri ilə bağlı biz mütləq irəliləyiş əldə etmişik”.