Ukrayna ilə imzalanmış memorandum proseslə bağlı irəliləyişdən xəbər verir -ANALİTİK
12:09 18.04.2025
Dünya
667
Əziz Əlibəyli: Bu sənədin imzalanması artıq onu deməyə əsas verir ki, yaxın perspektivdə ABŞ və Rusiya arasında real və dərin danışıqlar mərhələsinə keçid baş verəcək
Ukrayna və Amerika Birləşmiş Ştatları faydalı qazıntılarla bağlı saziş çərçivəsində memorandum imzalayıb.
Bu barədə Ukraynanın Baş nazirinin müavini və iqtisadiyyat naziri Yuliya Sviridenko məlumat verib.
“Bu gün ABŞ ilə iqtisadi tərəfdaşlıq sazişinə doğru bir addım atdıq. Komandalarımızın konstruktiv əməkdaşlığını və sazişi yekunlaşdırmaq niyyətini təsdiqləyən memorandumu imzaladıq”, – deyə o, sosial şəbəkə hesabında bildirib.
İmzalanma onlayn baş tutub. Ukrayna tərəfdən memorandumu iqtisadiyyat naziri Sviridenko, Amerika tərəfdən isə maliyyə naziri Bessent imzalayıb.
Xatırladaq ki, qısa müddət öncə Ukrayna Prezidenti Volodimir Zelenski aprelin 17-də ABŞ və Ukrayna arasında faydalı qazıntılarla bağlı memarandumun imzalanacağını açıqlamışdı. Onun sözlərinə görə, bu sənəd sadəcə olaraq tərəflərin niyyətini özündə əks etdirir.
Siyasi şərhçi Əziz Əlibəyli "Sherg.az"a bildirib ki, memorandumun imzalanmasının gecikməsi birbaşa Rusiyanın susqun mövqeyi ilə bağlı idi:
"Uzun müddət rəsmi Moskvadan bu məsələyə dair heç bir cavab gəlmədiyindən, prosesin irəliləməsi mümkün olmurdu. Lakin son baş verən hadisələr vəziyyətin dəyişəcəyinə dair müəyyən ümidlər yaradır. Dünən İtaliyanın Baş naziri Corcia Meloni ilə Donald Tramp arasında keçirilən görüş bir sıra maraqlı mövzularla yadda qaldı. Görüş zamanı əsas müzakirə mövzularından biri Ukrayna münaqişəsi oldu. Trampa bildirildi ki, siz qısa müddətdə bu qarşıdurmaya son qoymaq, atəşkəsə nail olmaq istəyirsiniz, lakin Moskva tərəfi hələ də konkret bir mövqe ortaya qoymur. Əgər Rusiya bu şəkildə passiv və qeyri-konstruktiv mövqe nümayiş etdirməyə davam edərsə, Ağ Ev artıq yeni sanksiyalar və ya digər təzyiq vasitələri tətbiq etməyə hazır olduğunu ortaya qoyur. Bu, həm siyasi, həm də iqtisadi təzyiqlər formasında özünü göstərə bilər".
Şərhçi qeyd edib ki, məhz Ukrayna ilə sərvətlərlə bağlı imzalanmış memorandum proseslə bağlı irəliləyişdən xəbər verir:
"Bu sənədin imzalanması artıq onu deməyə əsas verir ki, yaxın perspektivdə ABŞ və Rusiya arasında real və dərin danışıqlar mərhələsinə keçid baş verəcək. Hətta tərəflər arasında razılıq artıq əldə olunub və bunun detalları yaxın gələcəkdə açıqlana bilər".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Rusiya mediası Əliyevin bu çıxışından yazır
02:57 09.11.2026
Gündəm
Tramp: ABŞ-nin xüsusi qrupu İranda fəaliyyətə başlayıb
02:22 09.11.2026
Gündəm
İranın vitse-prezidenti Ermənistana səfər edəcək
01:15 09.11.2026
Region
Sumqayıtda kişi meyiti tapıldı
00:56 09.11.2026
Hadisə
Azərbaycanda Dövlət Bayrağı Günüdür
00:14 09.11.2026
Tarix
Şuşada Zəfər Günü atəşfəşanlıqla qeyd olundu
23:50 08.11.2026
Qarabağ
Arakçıdan ABŞ-a: Ya müharibəni bitirin, ya da...
22:48 08.11.2026
Region
Ərdoğanın Azərbaycana rəsmi səfəri başa çatdi
21:25 08.11.2026
Rəsmi
İlham Əliyev COP31 sammitində iştirak etmək üçün Antalyaya gedəcək
21:12 08.11.2026
Gündəm
Husilər "Saudi Aramko"ya zərbələr endirdi
20:37 08.11.2026
Aktual
Qəzzada çadır düşərgələrini su basdı - Humanitar böhran dərinləşir
20:37 08.11.2026
Dünya
Fazil Mustafa MEK-i ziyarət edib
20:34 08.11.2026
Elm və Təhsil
Zelenski: Rusiya Ukraynaya hücumları artırıb
20:31 08.11.2026
Dünya
“Sabah” “Şamaxı” ilə oyunda xal itirdi
19:51 08.11.2026
Futbol
Polşada 6 nəfərin öldüyü silahlı hücum terror aktı kimi araşdırılır
19:35 08.11.2026
Dünya