Ukrayna və Britaniya rus pilotlarını 3 milyon dollara "Xəncər" hipersəs raketi ilə silahlanmış MiQ-31 təyyarəsini oğurlamağa təhrik etmək istəyib.
Axar.az xəbər verir ki, bu barədə Rusiya Federal Təhlükəsizlik Xidməti (FTX) məlumat yayıb.
“Oğurlanacaq MiQ-31 Rumıniyanın Konstansa şəhərində yerləşən NATO bazasına uçurulmalı və orada hava hücumundan müdafiə sistemləri tərəfindən vurulmalı idi. Görülən tədbirlər Ukrayna və Britaniya kəşfiyyat xidmətlərinin genişmiqyaslı təxribat planlarını pozub”, - məlumatda qeyd olunub.
Bildirilib ki, rus pilotuna MiQ təyyarəsini Avropaya uçurmaq üçün 3 milyon dollar və Avropa vətəndaşlığı da təklif edilib.