Ukrayna müharibəsinin bənzəri Asiyada alovlana bilər -ANALİZ
Yusif Sultanoğlu
02:13 01.08.2024
Dünya
408
Yaponiyalı ekspertlər narahatdır
Çinin Tayvanı ələ keçirmək planının müharibəyə çevrilə biləcəyi ehtimalı vurğulanıb
Yaponiya Xarici İşlər Nazirliyi ölkənin xarici və təhlükəsizlik siyasətini müəyyələşdirərək builki “ağ kitab”ı yayımlayıb. Keçmiş illərdəki “ağ kitablarda” əsas təhlükənin Çindən gəldiyi vurğulanmış, hətta buna görə Pekin bir neçə dəfə Tokioya etirazını bildirmişdi. Yaponiyanın builki “ağ kitabında” təhlükələr sırasına Çinlə yanaşı Rusiya və Şimali Koreya əlavə edilib. Yayımlanan kitabda Tokionun Rusiya-Çin ittifaqından narahatlıq ifadə edilib. Kitabda göstərilib ki, Qərbin Rusiyaya qarşı sanksiyalarına baxmayaraq, Ukrayna ilə müharibə uzun müddət davam edə bilər. “Ağ kitab”ın bəndlərinə görə, Yaponiya hərbi qüdrətini artırmalı, ABŞ və NATO ilə ittifaqı gücləndirməlidir. Kitaba ön söz yazan Yaponiyanın müdafiə naziri Minoru Kuxara beynəlxalq aləmdə vəziyyətin gərginləşdiyini bu sözlərlə ifadə edib: “İkinci Dünya müharibəsindən sonra beynəlxalq aləm ciddi çağırışlarla üz-üzədir. Bu mənada biz yeni və təhlükəli eraya qədəm qoyuruq”.
Politoloq Elxan Şahinoğlu deyib ki, Tokio hesab edir ki, Avropa və Asiyanın təhlükəsizlik konsepsiyasını birləşdirmək lazımdır:
"Yaponiyalı ekspertlərin fikrincə, Ukrayna müharibəsinin bənzəri Asiyada alovlana bilər. Məsələn, Çinin Tayvanı ələ keçirmək planının müharibəyə çevrilə biləcəyi ehtimalı vurğulanıb. Yaponiya Rusiyanın uzaq şərqdə silahlı qüvvələrini gücləndirməsindən və bu bölgədə dəniz qüvvələrinin sayının artmasından da narahatdır. Bildirilib ki, Ukrayna müharibəsiylə əlaqədar Rusiya hərbi-sənaye kompleksinin gücünü ən azı 4 dəfə, o cümlədən silah və hərbi texnika istehsalını 4 dəfə artırıb. Şimali Koreyanın raket arsenalını gücləndirməsi də Tokionun diqqətindən yayınmır.
“The Japan Times” nəşrinin yazdığına görə, “ağ kitab”a Yaponiyanın hərbi potensilına və hərbi xərclərinə aid bənd əlavə edilib. Yaponiyanın Baş naziri Fumio Kisida 2022-ci ildə vəd vermişdi ki, 2027-ci il üçün hərbi xərclər 2 faizə çatdırılacaq. Beşillik xərc 273 milyard dollar civarında nəzərdə tutulub. Yaponiyada yeni hərbi gəmilərin, raketlərin istehsalına başlanılıb".
Ekspertin fikrincə, bu arada, Çin-Kuba əlaqələri də Tokionun diqqətini çəkib:
"Çinin Kubadakı gizli casus bazaları Amerikanın cənub-şərq sahilini hədəf alaraq Pekinin qlobal kəşfiyyat oyununda yeni cəbhə açdığına işarədir. Çin Kuba üzərindən ətraf bölgələrin hərbi gücünü nəzarət altında saxlamağa qadirdir. Kuba ilə hərbi əməkdaşlıq Moskvanın da diqqət mərkəzindədir. Rusiya hərbi gəmiləri bir müddət əvvəl Kubada lövbər salmışdılar".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Bəzi yollarda görünüş məsafəsi məhdudlaşacaq
20:11 30.04.2026
Cəmiyyət
Sumqayıtda beş min abonent SUSUZ QALACAQ
19:59 30.04.2026
Sosial
Kamran Əsədovun məhkəməsi keçirilib
19:22 30.04.2026
Hadisə
Nepalda "Jeep"in uçurumdan düşməsi nəticəsində 17 nəfər ölüb
19:15 30.04.2026
Dünya
Dağıstanın rəhbəri dəyişir
19:07 30.04.2026
Dünya
CNN: ABŞ viza qaydalarını sərtləşdirir
19:00 30.04.2026
Dünya
Kreml: Putin Trampı 9 May Moskva paradına dəvət etməyib
18:52 30.04.2026
Dünya
Peskov açıqladı: Atəşkəs qərarı birtərəfli şəkildə icra olunacaq
18:50 30.04.2026
Gündəm
Bakı uyğun bilsə, Ərdoğan İrəvana gedər - TÜRK EKSPERTDƏN RƏY
18:22 30.04.2026
Gündəm
Hikmət Hacıyev Səudiyyə Ərəbistanı səfiri ilə görüşüb
18:17 30.04.2026
Gündəm
Hipertenziya ilə hipertoniya eyni deyil - Vaqif Qarayev
18:12 30.04.2026
Sağlamlıq
Milli Məclisin sədri Britaniya səfiri ilə görüşüb
17:48 30.04.2026
Gündəm
Okamponun açıqlamaları ciddi suallar doğurur - ŞƏRH
17:42 30.04.2026
Siyasət
Himnimizi bərpa edərək Millətimizə qaytaran böyük bəstəkar
17:32 30.04.2026
Mədəniyyət