Ukrayna Silahlı Qüvvələrinin yeni baş komandanı Mixail Drapatı Rusiya və ruslar haqqında sərt açıqlama verib.
Teleqraf xəbər verir ki, bu barədə o, yerli mediaya danışıb.
“Artıq qarşımızdakını (Rusiyanı) artıq qonşu adlandırmaq belə mümkün deyil. Bu (ruslar), elə bir millətdir ki, onun rəhbərliyi ilə birlikdə mövcud olmaq haqqı yoxdur. Minilliklər ərzində orada nə düşüncə tərzi, nə də imperiya iddiaları baxımından bir sivil dəyişiklik baş verib”, - Drapatı vurğulayıb.
Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova Ukrayna ordusunun baş komandanının açıqlamasına sərt təpki göstərib:
“Drapatının rus xalqına qarşı təhqiramiz açıqlaması Kiyev rejiminin neonasist simasını nümayiş etdirir. Buna görə də onların bir adı var - neonasistlər”.