Ukrayna Rusiya neft və qazını Slovakiyaya tədarük etməyəcək
Yusif Nəzərli
16:07 05.09.2025
Dünya
405
"Ukrayna Rusiyadan Slovakiyaya neft və qaz tədarük etməyəcək".
Teleqraf xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski Ujqorodda Slovakiyanın Baş naziri Robert Fiko ilə görüşündən sonra mətbuat konfransında bildirib.
"Slovakiyanın Baş naziri cənab Fiko ilə enerji mövzusunda danışdıq. Biz Slovakiyaya qaz və neft tədarük etməyə hazırıq. Ancaq bu Rusiya qazı və ya nefti olmayacaq", - deyə Zelenski bildirib.
Qeyd edək ki, 2025-ci ilin yanvarından Ukrayna öz ərazisindən Rusiya qazının tranzitini dayandırıb. Lakin Slovakiya və Macarıstana neft tədarükü "Drujba" neft kəməri ilə davam etdirilir. Avqustda Ukrayna Silahlı Qüvvələri Rusiya ərazisindəki "Drujba" neft kəmərinin infrastrukturuna bir neçə pilotsuz təyyarə və raket zərbələri endirib. Kəmər təmir edilənə qədər Macarıstan və Slovakiyaya neft nəqli dayandırılıb. Budapeşt və Bratislava Kiyevdən hücumları dayandırmağı tələb edib və Avropa Komissiyasına Aİ ölkələrinin enerji təhlükəsizliyini təmin etmək üçün öhdəlik götürdüyünü xatırladıb. Avqustun 28-də Rusiyadan Macarıstan və Slovakiyaya neft nəqli bərpa olunub.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Litvada NATO təlimləri başladı
18:44 06.11.2026
Dünya
Şuşanın azad edilməsi dünya hərb tarixində görünməmiş hadisədir
17:53 06.11.2026
Gündəm
Bloomberg: ABŞ və İran yekun razılaşmaya yaxınlaşır
17:47 06.11.2026
Gündəm
Avropa bir həftədə qaz ehtiyatlarının 2,5%-ni istifadə edib
17:39 06.11.2026
Dünya
Ağstafada bir ailənin üç üzvü zəhərlənib
17:22 06.11.2026
Hadisə
Ceyhun Bayramov BMT Baş katibinin müavini ilə görüşdü - FOTO
17:14 06.11.2026
Gündəm
İrandan dəhliz açıqlaması: Xamenei Putinə mesaj göndərdi
17:02 06.11.2026
Dünya
Daha 2 təqsirləndirilən şəxs ölkəmizə ekstradisiya edildi
16:59 06.11.2026
Hadisə
“Tramp qalib gəlir və o, İran məsələsində haqlıdır”
16:38 06.11.2026
Gündəm
Elçin Əmirbəyov Litva XİN rəhbəri ilə görüşüb
15:35 06.11.2026
Gündəm
Sabah Bakıda intensiv yağış yağacaq - XƏBƏRDARLIQ
15:20 06.11.2026
Ekologiya
Türkiyə Moskva və Kiyev arasında açar ölkədir – Ekspert
14:27 06.11.2026
Aktual
Gürcüstanda azərbaycandilli kənd məktəbi üçün yeni bina tikilib
14:27 06.11.2026
Region
Laçında Zəfər Gününə həsr olunmuş təntənəli konsert keçirilib
13:51 06.11.2026
Gündəm