Ukrayna Rusiyanın bir neçə vilayətinə PUA zərbələri endirib: 9 ölü

Ukrayna Silahlı Qüvvələri Rusiyanın bir sıra vilayətlərinə pilotsuz uçuş aparatları (PUA) və raketlərlə hücum edib.

Sherg.az xəbər verir ki, Rusiya rəsmilərinin məlumatına görə, ən ağır zərbə Zaporojye vilayətindəki istirahət mərkəzlərinə endirilib. Hücum nəticəsində iki uşaq da daxil olmaqla 8 nəfər həlak olub.

Xerson vilayətində isə daha bir nəfər ölüb, 7 nəfər yaralanıb.

Bundan başqa, Rostov, Belqorod və Tümen vilayətlərində yaşayış binaları və infrastruktur obyektlərinə ziyan dəyib, bir neçə nəfər xəsarət alıb.