Ukrayna Yaxın Şərqə İrana qarşı dron mütəxəssisləri göndərir

Ukrayna Prezidenti Vladimir Zelenski ABŞ-yə dəstək məqsədilə bölgəyə dron mütəxəssisləri göndərəcəklərini açıqlayıb.

Sherg.az xəbər verir ki, Ukrayna İranın raket və dron hücumlarına qarşı Körfəz ölkələrinə mütəxəssis dəstəyi verəcək. Zelenski bildirib ki, ukraynalı dron mütəxəssisləri gələn həftə Yaxın Şərqdə fəaliyyətə başlayacaqlar.

İranın ABŞ və İsrailin hücumlarına cavab olaraq həyata keçirdiyi dron zərbələrinə qarşı ukraynalı mütəxəssislər bölgədə işə başlayacaqlar.

Ukrayna Prezidenti Vladimir Zelenski İranın Yaxın Şərqdə davam edən dron hücumlarına qarşı ABŞ-a kömək məqsədilə bölgəyə mütəxəssislər göndərəcəklərini açıqlayıb.

Zelenski deyib:

“Yaxın Şərqdəki mülki şəxslərə və bəzi ölkələrdə xidmət edən ABŞ hərbçilərinə necə kömək edə biləcəyimizlə bağlı bir sıra mesajlar aldıq. Cavabımız belə oldu: mütəxəssislər göndərəcəyik və onları qorumaq üçün lazım olan hər şeyi təmin edəcəyik. Hazırda detallı danışmaq üçün hələ tezdir. Gələn həftə mütəxəssislər əraziyə çatdıqdan sonra vəziyyəti qiymətləndirəcək və yardım göstərəcəklər. Çünki onlar dərhal kömək edə biləcək imkanlarla gedirlər. Biz də buna uyğun hərəkət edəcəyik”.

Məlumdur ki, Rusiyanın Ukraynaya qarşı artıq 4 ildir davam edən müharibəsində tez-tez İran istehsalı dronlardan istifadə etməsi səbəbindən Ukrayna bu tip pilotsuz uçuş aparatlarına qarşı ciddi təcrübə qazanıb.