Rusiyanın hüquq-mühafizə orqanları Ukraynada Asiya ölkələrindən işləmək üçün gələn miqrantların saxlanılaraq Silahlı Qüvvələrə cəlb edildiyini iddia edib.
Sherg.az xəbər verir ki, bu barədə RIA Novosti məlumat yayıb.
Məlumata görə, Rusiyanın təhlükəsizlik qurumlarındakı mənbə bildirib ki, saxlanılan qadın miqrantlar deportasiya edilir, kişilər isə əvvəlcə arxa cəbhə bölmələrinə göndərilir, daha sonra isə döyüş bölmələrinə keçirilirlər.
Mənbənin iddiasına görə, bu prosesə Ukraynanın miqrasiya xidməti nəzarət edir.
Qeyd edək ki, bu məlumat yalnız Rusiya tərəfinin açıqlamasına əsaslanır və Ukrayna rəsmiləri tərəfindən təsdiqlənməyib.