Ukraynalı deputat: “İran təcavüzkara köməyini davam etdirsə iqtisadi sanksiyalarla üzləşəcək”
Yusif Nəzərli
10:08 11.11.2022
Dünya
413
“İran təcavüzkara köməyini davam etdirsə iqtisadi sanksiyalarla üzləşəcək”.
Bunu "Report"un Şərqi Avropa bürosuna Ukrayna Ali Radasının hakim “Xalqın xidmətçisi” Partiyasından olan deputatı Valeri Kolyux bildirib.
O deyib ki, rəsmi Tehran Kiyev ilə münasibətlərin korlanmasına görə tam məsuliyyət daşıyır və ölkəmizə qarşı təcavüzü davam etdirmək, əhalimizi qətlə yetirmək üçün Moskvaya qəsdən kömək edir.
Deputat Ukraynanın İran səfirinin akkreditasiyasını geri götürdüyünü və əgər rəsmi Tehran doğru yola gəlməzsə, ona qarşı əlavə iqtisadi sanksiyaların tətbiq olunacağını diqqətə çatdırıb.
Onun sözlərinə görə, Rusiya kəskin raket çatışmazlığını açıq şəkildə İranın pilotsuz uçuş aparatları (PUA) ilə kompensasiya edir və dinc əhalini qorxutmağa çalışır: “İran istehsalı olan “Shahed-131”, “Shahed-136”, “Mohajer-6” kimi PUA-ların oyuna daxil olması müəyyən psixoloji təsir yaradıb. “Moped” səsi bu silahın vizit kartına çevrilib və Ukraynanın mülki əhalisi arasında xoşagəlməz emosiyalar yaradır".
V.Kolyux qeyd edib ki, Ukrayna təcavüzkarın köməkçilərinə qarşı tolerant olmaq niyyətində deyil: "Rusiyanın Kiyev, Odessa, Dnepr, Nikolayev, Zaporojye və Ukraynanın digər şəhərlərinə son hücumlarında İran PUA-larından istifadə etməsi rəsmi Moskvanın qışda dövlətimizi və cəmiyyətimizi elektrik enerjisindən məhrum etmək kimi qeyri-insani siyasətində müəyyən rol oynayıb. Bəli, enerji infrastrukturumuz həm İran PUA-ları, həm də Rusiyanın qanadlı və ballistik raketləri ilə zərbələrə məruz qalır. Biz təcavüzkarın köməkçilərinə qarşı tolerant olmaq niyyətində deyilik”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Nike-dan yenilik – Toy üçün idman ayaqqabısı, baha qiymətə - FOTO
08:20 11.11.2026
İdman
"Kurtlar Vadisi" geri dönür
07:51 11.11.2026
Şou
Neslihan Atagül kitab çıxardı
04:50 11.11.2026
Şou
Süd verən analar, diqqət! - "Skuşonka”, “mürəbbəli çay”...
04:14 11.11.2026
Sosial
Ümid edirik ki, bu ölkə TDT-yə üzv olacaq
02:57 11.11.2026
Aktual
Kenan Yıldız Lamin Yamalla müqayisə olundu
01:30 11.11.2026
Futbol
Qalibaf: Müctəba Xamenei Çinlə əlaqələrə dair tapşırıqlar verib
01:11 11.11.2026
Region
Hegseth impiçment cəhdini “siyasi tamaşa” adlandırıb
00:53 11.11.2026
Aktual
Moldova səfiri Rusiya XİN-ə çağırıldı
00:31 11.11.2026
Son dəqiqə
Rusiyaya təklifləri çatdırdıq, gözləyirik - Sibiqa
23:33 10.11.2026
Gündəm
ABŞ istehsalı olan 4 raketi vurduq – Rusiya ilk dəfə açıqladı
23:18 10.11.2026
Dünya
Rubio: İran tezliklə neft ixrac etmək qabiliyyətini itirəcək
23:00 10.11.2026
Dünya
"Sabah" "Trabzonspor"u məğlub etdi
22:07 10.11.2026
İdman
Oman sahillərində tanker vuruldu
21:34 10.11.2026
Gündəm
Rezai: İranla ABŞ arasında danışıqlar aparılmır
21:17 10.11.2026
Region
İsraildə 120 deputat and içdi
21:01 10.11.2026
Dünya