Uorren Baffet nüvə silahı ilə bağlı "fəlakət ssenarisi" barədə xəbərdarlıq edib

Amerikalı milyarder Uorren Baffet nüvə silahının yayılması ilə bağlı ciddi təhlükə olduğunu bildirib.

Oxu.Az xəbər verir ki, o, bu barədə CNBC-yə müsahibəsində danışıb.

Baffetin sözlərinə görə, nüvə silahına malik ölkələrin sayının artması qlobal riskləri artırır və dünyanı daha təhlükəli edir.

"Bu və ya digər şəkildə növbəti 100, bəlkə də 200 il ərzində nüvə silahının istifadə olunmasına gətirib çıxaracaq hadisə baş verəcək", - deyə o qeyd edib.

Milyarder hesab edir ki, xüsusilə İran və Şimali Koreya ətrafında artan gərginlik "fəlakət ssenarisi" ehtimalını yüksəldir.