
Vaşinqtonun xoşməramlı blefi: "Ukrayna NATO-nun üzvü olmayacaq" açıqlaması gərginliyi azaltmaq üçündür
Yusif Nəzərli
13:43 21.04.2025
Dünya
662
Ukraynanın NATO üzvü olmayacağı barədə Vaşinqtonun bəyanatları Moskva tərəfindən razılıqla qarşılanır. Bu barədə Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib: "Biz Ukraynanın NATO-ya üzvlüyünün istisna təşkil etdiyini Vaşinqtondan müxtəlif səviyyələrdə eşitmişik. Şübhəsiz ki, bu, bizdə məmnunluq doğurur və Ukraynanın NATO üzvü olmaması və Şimali Atlantika Alyansı ilə inteqrasiya perspektivlərinə malik olmaması barədə mövqeyimizlə üst-üstə düşür. Çünki əks halda bu, Rusiya Federasiyasının milli maraqlarına təhlükə yarada bilərdi", - D.Peskov qeyd edib. O, Ukraynanın NATO-ya can atmasının münaqişənin əsas səbəblərindən biri olduğunu xatırladıb.
Politoloq Taleh Əliyev "Sherg.az"a bildirib ki, Rusiyanın xarici işlər naziri Sergey Lavrov bu günlərdə Antalyada keçirilən diplomatik forumda şikayət etmişdi ki, "Vaxtilə SSRİ dağıldıqdan sonra Qərb ölkələri Şərqə doğru genişlənməməli idi, lakin biz bunun əksini görürük":

"Yəni keçmiş sosialist blokuna daxil olan dövlətlər və Skandinaviya ölkələri NATO-ya üzv oldular. Bu gün ABŞ rəsmilərinin və ya hər hansı Qərbli diplomatın "Ukrayna NATO-nun üzvü olmayacaq" açıqlaması hazırkı Rusiya-Ukrayna müharibəsindəki gərginliyi və Kremlin narahatlığını azaltmaq üçün deyilib. Həmçinin gələcəklə bağlı hər hansı bir şəxsin mütləq bir fikir söyləməsi real deyil. Çünki tarix belə faktlarla kifayət qədər zəngindir. Vaşinqtonun bəyanatlarını müharibənin tezliklə yekunlaşması üçün xoşməramlı bilef də adlandırmaq olar. Kremlin isə bundan məmnunluğu əslində başadüşüləndir. Çünki Rusiyanın Ukraynaya ilk hərbi müdaxiləsində bəhanə ondan ibarət idi ki, Kiyev Avropaya inteqrasiya etməklə, NATO-ya üzv olmaqla onun təhlükəsizliyinə təhdid yarada bilər. Guya Rusiya bunun qarşısını almaq üçün xüsusi hərbi əməliyyatlar keçirməyə məcbur qalıb".
Politoloq vurğulayıb ki, heç bir halda bir ölkənin özünün təhlükəsizliyini bəhanə edərək başqa bir dövlətin ərazi bütövlüyünü, suverenliyini pozması hüquqi cəhətdən doğru deyil:
"Odur ki, Kremlin hərəkəti beynəlxalq hüquqa qarşı hörmətsizlikdir. Rusiyanın addımlarının heç bir bəraətverici tərəfi ola bilməz. Ümumiyyətlə bütün bunlar dünyanın yenidən bölüşdürülməsi siyasətinin tərkib hissəsidir".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Rusiya mediası Əliyevin bu çıxışından yazır
02:57 09.11.2026
Gündəm
Tramp: ABŞ-nin xüsusi qrupu İranda fəaliyyətə başlayıb
02:22 09.11.2026
Gündəm
İranın vitse-prezidenti Ermənistana səfər edəcək
01:15 09.11.2026
Region
Sumqayıtda kişi meyiti tapıldı
00:56 09.11.2026
Hadisə
Azərbaycanda Dövlət Bayrağı Günüdür
00:14 09.11.2026
Tarix
Şuşada Zəfər Günü atəşfəşanlıqla qeyd olundu
23:50 08.11.2026
Qarabağ
Arakçıdan ABŞ-a: Ya müharibəni bitirin, ya da...
22:48 08.11.2026
Region
Ərdoğanın Azərbaycana rəsmi səfəri başa çatdi
21:25 08.11.2026
Rəsmi
İlham Əliyev COP31 sammitində iştirak etmək üçün Antalyaya gedəcək
21:12 08.11.2026
Gündəm
Husilər "Saudi Aramko"ya zərbələr endirdi
20:37 08.11.2026
Aktual
Qəzzada çadır düşərgələrini su basdı - Humanitar böhran dərinləşir
20:37 08.11.2026
Dünya
Fazil Mustafa MEK-i ziyarət edib
20:34 08.11.2026
Elm və Təhsil
Zelenski: Rusiya Ukraynaya hücumları artırıb
20:31 08.11.2026
Dünya
“Sabah” “Şamaxı” ilə oyunda xal itirdi
19:51 08.11.2026
Futbol
Polşada 6 nəfərin öldüyü silahlı hücum terror aktı kimi araşdırılır
19:35 08.11.2026
Dünya