Venesuela Rusiyadan yardım istəməyib - Lavrov

Venesuela ABŞ-nin fəaliyyəti ilə əlaqədar Rusiyadan hərbi yardım istəməyib.

Axar.az xəbər verir ki, bunu Rusiya xarici işlər naziri Sergey Lavrov deyib.

“Xeyr, bizə belə bir müraciət daxil olmayıb. Amma Vaşinqtonun narkotik qaçaqmalçılığına qarşı mübarizə bəhanəsi ilə etdiyi hərəkətlər qəbuledilməzdir”, - Lavrov bildirib.

Qeyd edək ki, Venesuela Prezidenti Nikolas Maduronun Rusiya, Çin və İrandan hərbi dəstək istədiyi barədə məlumat yayılmışdı.