ABŞ-nin Vitse-prezidenti Cey Di Venslə İsrailin Baş naziri Benyamin Netanyahu arasında baş tutan telefon danışığında tərəflər İranla dialoqun qurulması üçün səyləri müzakirə ediblər.
24News.ge xəbər verir ki, bu barədə "Axios" portalının müxbiri Barak Ravid mənbəyə istinadən "X" sosial şəbəkəsində bildirib.
Bildirilib ki, Vitse-prezident Vens bazar ertəsi səhər İsrailin Baş naziri Netanyahu ilə telefonla danışıb və İranla danışıqlara başlamaq istiqamətində səyləri müzakirə edib.
Mənbənin məlumatına görə, Vens və Netanyahu İranla müharibənin dayandırılması üzrə mümkün razılaşmanın komponentlərini müzakirə ediblər.
İsrailin Baş naziri Benyamin Netanyahu bildirib ki, istənilən şəraitdə həyati əhəmiyyətli maraqları müdafiə edəcəklər:
“Bu gün dostumuz Prezident Trampla danışdım. Prezident Tramp inanır ki, İsrail Müdafiə Qüvvələrinin və ABŞ Silahlı Qüvvələrinin böyük nailiyyətlərindən istifadə edərək müharibənin məqsədlərinə nail olmaq üçün bir razılaşma - həyati maraqlarımızı qoruyacaq bir razılaşma vasitəsilə fürsət var”, - detə Netanyahu bildirib.
Qeyd edək ki, daha əvvəl ABŞ Prezidenti Donald Tramp cari danışıqlar çərçivəsində Vaşinqtonla Tehran arasında razılaşmalar əldə olunacağı təqdirdə, Hörmüz boğazının dərhal açılacağına əminliyini ifadə etmişdi. Onun sözlərinə görə, Vaşinqton Tehranla Yaxın Şərqdəki münaqişənin "tam nizamlanması" barədə "çox yaxşı" danışıqlar aparıb. Öz növbəsində, İran iddia edir ki, ABŞ ilə birbaşa təmas olmayıb.