Xameneinin təyinatına Trampdan reaksiya

ABŞ Prezidenti Donald Tramp Müctəba Xameneinin atasının yerinə təyin olunmasından məmnun deyil.

Sherg.az Teleqraf-a istinadən xəbər verir ki, bu barədə “Foks Nyus”un aparıcısı Brayan Kilmid bildirib.

“Müctəba Xameneinin təyinatı elan edildikdən sonra Prezident Trampla danışdım, telefon danışığı zamanı mənə belə dedi: “Bundan məmnun deyiləm”, - jurnalist vurğulayıb.

B.Kilmid söhbətin təfərrüatları barədə əlavə məlumat verməyib.

Qeyd edək ki, Seyid Müctəba Xamenei İranın yeni ali rəhbəri seçilib.