Yaponiya Rusiyaya yeni sanksiyalar tətbiq edib

Yaponiya Rusiyaya qarşı yeni sanksiyalar tətbiq edib.

APA-nın Moskva bürosu xəbər verir ki, Tokionun sanksiyalar siyahısına Rusiyadan 33 şirkət və 9 fiziki şəxs, eləcə də Türkiyə və BƏƏ-dən 4 şirkət daxil edilib.

Eyni zamanda Yaponiya Rusiya ilə əlaqəli olduğuna inandığı 35 gəmiyə qarşı məhdudlaşdırıcı tədbirlər tətbiq edib.

Yaponiyanın sanksiyalarına VNIIR-Progress şirkətinin baş direktoru Vladislav Kostin və “Rostex” şirkətinin rəhbərinin müavini Dmitri Lelikov da məruz qalıb.