Yaponiyada qocalar həbsxanada yaşamaq üçün cinayət törədirlər
Yusif Nəzərli
03:57 26.01.2025
Dünya
347
Yaponiyada yaşlı insanlar həbsxanaya düşmək üçün qəsdən cinayətlər törətməyə başlayıblar.
Teleqraf.com xəbər verir ki, bu barədə "CNN" məlumat yayıb.
Jurnalistlərin məlumatına görə, 2003-cü ildən 2022-ci ilə qədər 65 və daha yuxarı yaşda olan məhbusların sayı təxminən dörd dəfə artıb. Belə ki, yaşlı qadınlar həm tənhalıqla üzləşməmək üçün, həm də yaxşı şərait üçün həbsxana axtarışındadırlar.
Yaponiyada cəzaçəkmə yerlərində ahıllara müntəzəm yemək verilir, tibbi xidmət göstərilir, eləcə də ünsiyyət üçün şərait yaradılır.
Bildirilir ki, bəzi yaşlı məhbuslar daimi olaraq həbsxanada qalmaq imkanı üçün ayda 130-190 dollar ödəməyə hazırdırlar.
81 yaşlı Akie yemək oğurladığı üçün həbsxanaya düşüb. Onun sözlərinə görə, həbsxanada özünü ilk dəfə təhlükəsiz hiss edib. Bundan əvvəl qadın tənhalıqdan əziyyət çəkib və bircə pensiyası ilə dolanıb.
CNN-in məlumatına görə, Yaponiya hakimiyyəti yaşlı insanlar azadlığa buraxıldıqdan sonra onlara dəstək proqramları yaratmaqla problemi həll etməyə çalışır. Bu tədbirlərə müstəqil həyat bacarıqlarının öyrədilməsi, ailə əlaqələrinin bərpası və tək pensiyaçılara mənzil subsidiyalarının verilməsi daxildir.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Universitetin 3-cü kurs tələbəsi vəfat etdi
22:17 21.09.2026
Hadisə
Hakan Fidan: ABŞ-dən İsrailə daha çox təsir etməsini gözləyirik
22:12 21.09.2026
Gündəm
Vens: Ukraynadakı müharibənin bitməsi zaman məsələsidir
22:10 21.09.2026
Dünya
Zelenski Rusiyaya yenidən müvəqqəti atəşkəs təklif edib
22:06 21.09.2026
Dünya
Tramp süni intellektin gələcək inkişafını dəstəkləyib
22:00 21.09.2026
Texnologiya
"Le Monde": Rusiya Ermənistana təzyiqi artırır
21:45 21.09.2026
Aktual
Çin XİN: Pekin və Aİ bir-biri ilə ticarət müharibəsi aparmamalıdır
20:40 21.09.2026
Aktual
Dizel bahalaşacaq
20:21 21.09.2026
İqtisadiyyat
Tacir Şahmalıoğlu xəstəxanaya yerləşdirildi - FOTO
19:56 21.09.2026
Hadisə
Biləsuvarda açıq ərazidə yanğın söndürüldü
19:34 21.09.2026
Hadisə
Hörmüz boğazında mayeləşdirilmiş təbii qaz tankerinə hücum olub
19:23 21.09.2026
Dünya