Yaponiyada zəlzələdə ölənlərin sayı 100-ə çatıb
Yusif Nəzərli
04:11 06.01.2024
Dünya
335
Yaponiyanın mərkəzi hissəsindəki İşikava prefekturası sahillərində yanvarın 1-də baş verən 7,6 bal gücündə zəlzələ nəticəsində ölənlərin sayı 100-ə çatıb.
AZƏRTAC Yaponiya mediasına istinadla xəbər verir ki, səlahiyyətli qurumlar 211 nəfərin hələ də itkin hesab olunduğunu bildirir. Hazırda təbii fəlakət bölgəsində axtarış-xilasetmə işləri davam etdirilir. Xilasetmə işlərinə fövqəladə hallar işçiləri ilə yanaşı, özünümüdafiə qüvvələrinin 5 minə yaxın hərbçisi də cəlb olunub.
Yaponiyanın Meteorologiya Agentliyi yanvarın 1-də qeydə alınan dağıdıcı zəlzələdən əvvəl və sonra ərazidə müxtəlif maqnitudalı bir neçə yeraltı təkanın baş verdiyini bildirib. Yanvarın 6-da isə İşikava prefekturasının zəlzələ ocağına ən yaxın yaşayış bölgəsi olan Noto yarımadasında 5,4 bal gücündə afterşok qeydə alınıb. Agentlik gözlənilən yağışlarla əlaqədar sürüşmə və palçıq axını barədə xəbərdarlıq edib.
Böyük dağıntıların baş verdiyi təbii fəlakət bölgəsindəki 14 şəhərdə hələ də 24 min evin elektrik, 66 min evin su təchizatında çətinliklər var.
Qeyd edək ki, Yaponiyanın Meteorologiya Agentliyi yanvarın 1-də İşikava prefekturasının Noto yarımadası yaxınlığında, Yapon dənizində bir neçə yeraltı təkanın qeydə alındığını, onlardan ən güclüsünün yerli vaxtla saat 16:10-da 7,6 bal gücündə olduğunu açıqlayıb. Zəlzələ ölkənin şimal, cənub və mərkəzindəki yaşayış məntəqələrində, o cümlədən paytaxt Tokioda da hiss olunub. İşikava prefekturası üzrə 34 min sakin təxliyə edilib. Yeraltı təkanlar yaşayış binaları, fərdi evlərlə yanaşı, infrastruktura, kommunikasiya xətlərinə, su və elektrik təchizatı sisteminə ciddi ziyan vurub.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Tramp İranla danışıqlara kompensasiya tələbini daxil etdi
22:13 10.08.2026
Gündəm
Türkiyə sahillərində PUA olduğu ehtimal edilən obyekt aşkarlanıb
21:37 10.08.2026
Hadisə
İranda Silahlı Qüvvələrə 6 yüksək rütbəli komandan təyin edilib
21:20 10.08.2026
Gündəm
Ərdoğan Aİ-yə mesaj verdi: “Vizasız rejim hamının marağındadır”
20:54 10.08.2026
Gündəm
Rusiya Moldovaya xəbərdarlıq etdi: “Cavab veriləcək”
20:27 10.08.2026
Dünya
İranın dini lideri Əhməd Vəhidini SEPAH-a rəhbər təyin etdi
20:05 10.08.2026
Region
Raketlərimiz trayektoriyasını dəyişə bilir - SEPAH
19:53 10.08.2026
Dünya
Samuxda 17 yaşlı qız qardaşını xilas edərkən boğulub - YENİLƏNİB
19:44 10.08.2026
Hadisə
Evdə mərhələni adlayan tərəf biz olacağıq - "Sabah"ın futbolçusu
18:24 10.08.2026
Futbol
“İnsanlar yenidən nağda keçəcək” - HƏYƏCAN TƏBİLİ
18:23 10.08.2026
İqtisadiyyat