
Yaponiyanın ən körpə ulduzu: Gigi hər yerdə marağa səbəb olub
09:59 02.04.2025
Dünya
532
Ana yapon xalqının uşaqlara olan sevgisinə heyran olduğunu söyləyib
Bir ailənin 4 aylıq körpəsi Gigi Yaponiyaya səfərləri zamanı diqqət mərkəzinə düşüb. Şirinliyi ilə diqqət çəkən körpə getdiyi hər yerdə hərarətlə qarşılanıb.
Sherg.az "ntv.tr"-yə istinadən xəbər verir ki, ailəsi ilə birlikdə Yaponiyaya ilk səfərini edən dörd aylıq Gigi qısa zamanda ölkənin ən körpə ulduzlarından birinə çevrilib.

Anasının paylaşdığı video sosial şəbəkədə böyük marağa səbəb olub. Videoda yaponların Gigiyə sevgi ilə yaxınlaşdığı, onu qucaqladığı və diqqətini göstərdiyi anlar əks olunub.
Körpə ilə səyahət etməyin bəzən çətin ola biləcəyini ifadə edən ana, Yapon xalqının uşaqlara olan sevgisinə heyran olduğunu söylədi.
Restoranlardan tutmuş ictimai nəqliyyata qədər Gigi hər yerdə səmimi qarşılanıb. Videoda gəncdən qocaya hər kəsin Giqini sevgi ilə qarşıladığı görüntülənib.
Giqinin anası öz paylaşımında bu ifadələrə yer verib: "Gigi getdiyimiz hər yerdə ulduz idi! Yaponların ən gözəl ürəklərə sahib olduğunu eşitmişdim və bu tamamilə doğrudur".
Yaponların “bir uşağı böyütmək üçün bir kənd lazımdır” fəlsəfəsini mənimsədiklərini qeyd edən sosial media istifadəçiləri bu təcrübəni heyranlıqla qarşılayıblar.
Bir istifadəçi zarafat dili ilə – "İndi hamı xala, dayıdır!" deyərkən digəri isə Yapon mədəniyyətinin ailə yönümlü və isti təbiətini tərifləyib.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
“Halef” final edir
04:50 09.11.2026
Şou
Xırdalanda avtomobil piyadanı vuraraq öldürüb
03:33 09.11.2026
Hadisə
Rusiya mediası Əliyevin bu çıxışından yazır
02:57 09.11.2026
Gündəm
Tramp: ABŞ-nin xüsusi qrupu İranda fəaliyyətə başlayıb
02:22 09.11.2026
Gündəm
İranın vitse-prezidenti Ermənistana səfər edəcək
01:15 09.11.2026
Region
Sumqayıtda kişi meyiti tapıldı
00:56 09.11.2026
Hadisə
Azərbaycanda Dövlət Bayrağı Günüdür
00:14 09.11.2026
Tarix
Şuşada Zəfər Günü atəşfəşanlıqla qeyd olundu
23:50 08.11.2026
Qarabağ
Arakçıdan ABŞ-a: Ya müharibəni bitirin, ya da...
22:48 08.11.2026
Region
Ərdoğanın Azərbaycana rəsmi səfəri başa çatdi
21:25 08.11.2026
Rəsmi
İlham Əliyev COP31 sammitində iştirak etmək üçün Antalyaya gedəcək
21:12 08.11.2026
Gündəm
Husilər "Saudi Aramko"ya zərbələr endirdi
20:37 08.11.2026
Aktual
Qəzzada çadır düşərgələrini su basdı - Humanitar böhran dərinləşir
20:37 08.11.2026
Dünya
Fazil Mustafa MEK-i ziyarət edib
20:34 08.11.2026
Elm və Təhsil
Zelenski: Rusiya Ukraynaya hücumları artırıb
20:31 08.11.2026
Dünya