Yaxın Şərqdə inqilabların carçısı olan mediadan üçüncü dünya müharibəsi anonsu - FOTO/VİDEO
Yusif Nəzərli
08:25 26.10.2022
Dünya
463
“ABŞ-ın 101-ci Hava Desant Diviziyasını Rumıniyada, Ukrayna sərhədləri yaxınlığında yerləşdirməsi üçüncü dünya müharibəsinin başladığını göstərir”.
Bu barədə “Al Mayadeen”də dərc olunan məqalədə bildirilir.
“III dünya müharibəsinin nə vaxt başlayacağı ilə bağlı sualın cavabı belədir: “O, artıq başlayıb”. Təsadüfi deyil ki, ABŞ-nin “Qıyvuran qartallar” (“Screaming Eagles”) 101-ci hava-desant diviziyası Şərqi Avropada yerləşdirilib”, - deyə məqalə müəllifi vurğulayıb.
Bildirilir ki, Vaşinqton hərbi təlimlərdə iştirak adı ilə Rumıniyaya 4 700 ABŞ əsgərini göndərib, eyni zamanda, diviziya komandiri münaqişənin gərginləşəcəyi təqdirdə Ukrayna ilə sərhədi keçməyə hazır olduğunu bəyan edib.
Nəşrdə vurğulanır ki, Vaşinqton və Londonun məqsədi Rusiyanı zəiflətmək, Avropa iqtisadiyyatını məhv etmək, sənaye və iqtisadi kapitalı ABŞ-yə ötürməkdir.
Xatırladaq ki, “CBS News” daha əvvəl xəbər vermişdi ki, ABŞ Ukrayna sərhədindən bir neçə kilometr aralıda Rumıniya hərbi hava bazasında 101-ci “Qıyvuran Qartallar” hava-desant diviziyasını yerləşdirir. Diviziya komandiri bildirib ki, “qartallar” münaqişənin gərginləşəcəyi və ya NATO-ya hücum olacağı təqdirdə Ukrayna ərazisinə daxil olmağa hazırdırlar.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Dəmir ehtiyatları belə azalır: Yumurtanın yanında çay içməyin!
16:40 24.08.2026
Sağlamlıq
Livandan qovulan İran səfiri ölkədən çıxmaq istəmir
16:03 24.08.2026
Dünya
Suriyada partlayış olub, ölən və yaralananlar var
15:43 24.08.2026
Dünya
Azad edilmiş ərazilərdə daha 139 mina, 522 PHS aşkarlanıb
15:17 24.08.2026
Aktual
Peskov Paşinyana cavab verib
15:04 24.08.2026
Gündəm
Rusiya Gürcüstan üzərindən Ermənistana daşımaları dayandıra bilər
14:48 24.08.2026
Gündəm
Günə 77 qəpiyə “Nar”dan smartfon!
14:41 24.08.2026
Cəmiyyət
Xatəmi: İran Amerika ilə istənilən ssenari üzrə döyüşə hazırdır
14:03 24.08.2026
Dünya
Pakistan ordusunun feldmarşalı Trampa zəng etdi
13:24 24.08.2026
Gündəm
Məhkəmə Rüfət Səfərov barədə qərar verib
12:55 24.08.2026
Hadisə
Bəqai: Rəsmi Tehran Məkkə sazişinə qoşulmaqla bağlı təklif almayıb
12:42 24.08.2026
Gündəm