Böyük Britaniyada aralarında tanınmış müəlliflərin də olduğu təxminən 10 min yazıçı süni intellekt şirkətlərinin əsərlərdən icazəsiz və müəllif haqqı ödəmədən istifadə etməsinə etiraz olaraq “Don’t Steal This Book” (“Bu kitabı oğurlamayın”) adlı boş kitab nəşr etdirib.
Sherg.az xəbər verir ki, etiraz aksiyasında Nobel mükafatlı yazıçı Kazuo Ishiguro, eləcə də Philippa Gregory və Richard Osman kimi məşhur müəlliflər iştirak edib. Kitabın içində yalnız aksiyaya qoşulan müəlliflərin adları yer alır.
Nəşr London Book Fair çərçivəsində iştirakçılara paylanıb. Aksiyanın təşkilatçısı bəstəkar Ed Newton-Rex bildirib ki, süni intellekt sənayesi çox vaxt müəlliflərin əsərlərindən icazəsiz istifadə edir və bu, yaradıcı insanların gəlir mənbələrinə zərər vurur.
Yazıçılar hökuməti müəllif hüquqlarını qorumağa və süni intellekt şirkətlərinə bu sahədə əlavə imtiyazlar verilməməsinə çağırıblar.