Planetin yaxınlığından plazma buludunun keçməsi səbəbindən yanvarın 9-da Yer kürəsində zəif maqnit qasırğalarının baş verməsi mümkündür.
Oxu.Az-ın xəbərinə görə, bu barədə Rusiya Elmlər Akademiyasının Kosmik Tədqiqatlar İnstitutunun Günəş Astronomiyası Laboratoriyası və Rusiya Elmlər Akademiyasının Sibir Bölməsinin Günəş-Yer Fizikası İnstitutundan məlumat verilib.
"Yanvarın 6-da Günəşi tərk edən orta ölçülü plazma emissiyasının planetin yaxınlığından keçməsi səbəbindən sabah (yanvarın 9-da) günorta saatlarında minimal G1 maqnit qasırğaları gözlənilir", - deyə məlumatda bildirilib.
Qeyd edilib ki, "plazma buludunun güclü yana sürüşməsi" səbəbindən proqnoz olduqca qeyri-sabitdir.
"Tullantının (emissiyanın) çox az sola doğru çəkilməsi ilə axırıncı hər hansı geomaqnit nəticələr olmadan Yer kürəsinin yanından keçəcək, eyni zamanda digər istiqamətdə "səhv" olduğu təqdirdə, hesablanmış göstəricilərlə müqayisədə geomaqnit dalğalanmalarında əhəmiyyətli dərəcədə güclənmə mümkündür", - deyə əlavə edilib.
Bundan əlavə, bildirilib ki, yaxın iki sutka ərzində Günəşin Yerə baxan tərəfində tac dəliyinin yaranması səbəbindən günəş küləyinin sürətində orta dərəcədə artım ola bilər.