Yunanıstanda müxalifət partiyaları Baş nazir Kiriakos Mitsotakisin xarici siyasətini və BMT Baş Assambleyası çərçivəsində İsrailin Baş naziri Binyamin Netanyahu ilə görüşünü sərt tənqid edib.
Sherg.az xəbər verir ki, Yunan Sol İttifaqı (ELAS), Radikal Sol İttifaq (SYRIZA) və Yeni Sol Partiyası hökuməti ölkəni xarici siyasətdə dalana dirəməkdə və İsraillə yaxınlaşmaqda ittiham edib.
Müxalifət Ərdoğanın Türkiyə ilə yanaşı Misir, Səudiyyə Ərəbistanı, Pakistan, Qətər, BƏƏ, İordaniya və İndoneziya ilə müxtəlif əməkdaşlıq formatları qurduğunu bildirərək, Yunanıstanın isə bu prosesləri yalnız seyr etdiyini vurğulayıb.
SYRIZA Mitsotakisin Qəzzadakı vəziyyətlə bağlı BMT-də kifayət qədər açıq mövqe nümayiş etdirmədiyini və Netanyahu ilə görüşünü tənqid edib. Yeni Sol Partiyası isə İsraillə hərbi əməkdaşlığın Yunanıstanı İsrailin regional siyasətinə daha çox bağladığını iddia edib.