Rusiyanın Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova Ukraynanın müdafiə naziri Mixail Fedorov və Silahlı Qüvvələrin baş komandanı Aleksandr Sırskinin vəzifədən ayrılmasına münasibət bildirib.
Sherg.az xəbər verir ki, Zaxarova Telegram kanalında paylaşım edərək istefalarla bağlı ironik sual ünvanlayıb. O, Zelenskinin Qərb sammitlərində vurğuladığı "döyüş meydanındakı uğurların" məhz bu istefalara səbəb olub-olmadığını soruşub.
Xatırladaq ki, Ukrayna Prezidenti Volodimir Zelenski iyulun 21-də Aleksandr Sırskinin baş komandan vəzifəsindən azad edildiyini açıqlayıb. Bundan əvvəl isə müdafiə naziri Mixail Fedorov da vəzifəsindən ayrılıb. Zelenski eyni zamanda Birləşmiş Qüvvələrin komandanı Mixail Drapatını Ukrayna Silahlı Qüvvələrinin yeni baş komandanı təyin etdiyini bildirib.