Zelenski ABŞ-nin İrana qarşı mümkün hərbi əməliyyatını dəstəkləyir

Ukrayna Prezidenti Volodimir Zelenski ABŞ-nin İran rəhbərliyinə qarşı mümkün hərbi əməliyyatını dəstəkləyib.

Teleqraf xəbər verir ki, o, bunu "Sky News"a müsahibəsində bildirib.

“Düşünürəm ki, İranda insanlar açıq şəkildə digər ölkələrə hücum etmək istəyən rejimi dəyişdirmək üçün kömək axtarırlar. Mən xalqa qarşı deyil, rejimə qarşı yönəlmiş əməliyyatı dəstəkləyərdim”, - deyə Zelenski bildirib.

Ukrayna lideri ABŞ ilə İran arasındakı gərginlikdənsə, diplomatik həllə üstünlük verəcəyini qeyd etsə də, Tehranın danışıqlara hazır olduğuna şübhə ilə yanaşdığını bildirib.

Fevralın 27-də Mərkəzi Komandanlıq (CENTCOM) baş admiralı Bred Kuper ABŞ Prezidenti Donald Trampa İrana qarşı mümkün hərbi əməliyyatlar üçün variantları təqdim edib. Ağ Ev lideri ABŞ-nin regionda hərbi gücünün artırılmasını əmr edib və Tehrana qarşı hərbi kampaniya başlatmağı düşünür.