İşğal olunmuş Ukrayna ərazilərinin statusunu dəyişdirən heç bir sənəd imzalamayacağam. Xüsusilə, müvəqqəti işğal olunmuş Ukrayna ərazilərini Rusiya Federasiyasının bir hissəsi kimi tanımayacağıq.
Axar.az xəbər verir ki, bunu Ukrayna Prezidenti Vladimir Zelenski Kiyevdə Polşa Baş naziri Donald Tuskla birgə mətbuat konfransında bildirib.