Ukrayna Prezidenti Volodimir Zelenski Fransa və Böyük Britaniyadan nüvə silahlarını məmnuniyyətlə qəbul edə biləcəyini deyib.
Teleqraf xəbər verir ki, Zelenski jurnalistlərə açıqlamasında "Böyük Britaniya və Fransadan nüvə silahlarını qəbul etməkdən məmnun olardım , amma hələlik belə bir təklif alınmayıb" - deyə bildirib.
Fevralın 24-də Rusiyanın Xarici Kəşfiyyat Xidməti (XKX) Böyük Britaniya və Fransanın Ukraynaya nüvə silahı ötürmək niyyətləri barədə məlumat yayıb. Agentliyin məlumatına görə, Qərb ölkələri Kiyevin müstəqil şəkildə nüvə arsenalını inkişaf etdirdiyi görüntüsünü yaratmağa çalışırlar.
Daha sonra Böyük Britaniya Baş naziri Keir Starmerin sözçüsü bu məlumatı təkzib etdi . O, Böyük Britaniyanın Ukraynada ədalətli və davamlı sülhə nail olmaq səylərinə sadiq olduğunu vurğuladı.