Zelenski: Buna hazıram, əsas məsələ Ukraynanın arxasınca oyunlar qurulmasın

“Bütün siqnalları qəbul etməyə və Prezident Trampla görüşməyə hazıram. Hər şey bu gün keçirilən danışıqlardan asılıdır.”

Sherg.az xəbər verir ki, bu sözləri Ukrayna Prezidenti öz rəsmi kanalındakı paylaşımında qeyd edib.

“Müharibəni bitirmək üçün sadə həll yolları olmayacaq. Məsələ qərar verməyin çətinliyində deyil. Mən o qərarları qəbul etmək iqtidarındayam. Əsas odur ki, hər şey ədalətli və şəffaf olsun. Ukraynanın arxasınca oyunlar qurulmasın. Bizim iştirakımız olmadan bizim haqqımızda, bizim gələcəyimiz barədə heç nə qərarlaşdırılmasın”, - Zelenski bildirib.