Zelenski Fransada səfərdədir

Ukrayna Prezidenti Volodimir Zelenski Parisdəki Yelisey Sarayına gəlib və burada Fransa lideri Emmanuel Makron tərəfindən qarşılanıb.

Teleqraf xəbər verir ki, bu barədə "Ukrinform" məlumat yayıb.

Bildirilib ki, görüşdə iki lider Cenevrədəki danışıqları, ABŞ-nin sülh planı və Avropa tərəfdaşları ilə sıx koordinasiyanın davamı olaraq, ədalətli və uzunmüddətli sülhün təmin olunması məsələlərini müzakirə edəcəklər.

Görüş zamanı həmçinin "İstəkli Koalisiya" çərçivəsində təhlükəsizlik təminatları mövzusu da müzakirə olunacaq.