Zelenski İran və Rusiyadan olan 140 nəfərə qarşı sanksiya tətbiq edib

Ukrayna prezidenti Volodimir Zelenski Rusiya, İran və Çindən olan 48 şirkətə, həmçinin Rusiya və İran vətəndaşlarına qarşı yeni sanksiyalar tətbiq edib. Ümumilikdə məhdudiyyətlər 140 nəfəri əhatə edir və onların arasında 10 rus paralimpiyaçı da var.

Sherg.az xəbər verir ki, Ukrayna prezident administrasiyasının məlumatına görə, sanksiyalar Rusiyanın hərbi-sənaye kompleksinə xidmət edən şirkət və şəxslərə, eləcə də Rusiyanın Ukraynaya qarşı hərbi fəaliyyətini dəstəkləyən şəxslərə qarşı tətbiq olunub.

Bundan əvvəl Zelenski Belarus prezidenti Aleksandr Lukaşenkoya qarşı da sanksiya tətbiq etmişdi.