Rusiya Ukraynaya qarşı hücumda yarısı ballistik olmaqla 29 raket və 480 dron istifadə edib.
APA xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski “X” səhifəsində bildirib.
Onun sözlərinə görə, Rusiyanın Xarkova hücumu nəticəsində aralarında uşaqlar olmaqla 7 nəfər ölüb, 10-dan çox insan yaralanıb.
Zelenski Rusiyanın həyata keçirdiyi hücumların Kiyevdə energetika obyektlərinə, Xmelnitski və Çernovitski vilayətlərinə, Jitomir vilayətində dəmir yoluna yönəldildiyini qeyd edib: “Dnipro, Zaporojye, Vinitsa, Odessa, Poltava, Sumı və Çerkasi vilayətlərində zədələnmiş obyektlər qeydə alınıb. Lazım olan hər yerdə müvafiq xidmətlər fəaliyyət göstərir”.
Ukrayna lideri vurğulayıb ki, bu hücumlar Rusiyanın Ukraynanın yaşayış və kritik infrastrukturunu məhv etmək cəhdindən əl çəkmədiyini göstərir.